Ukrayna Rusiyanın hərbi itkilərini açıqladı
4-05-2022, 12:28
1 553

Ukrayna Rusiyanın hərbi itkilərini açıqladı

Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının "Facebook" səhifəsində bildirilib.
Qeyd olunub ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 1 077 tankı, 2 610 zirehli döyüş maşını, 491 artilleriya sistemi, 163 reaktiv yaylım atəşi sistemi, 81 havadan müdafiə sistemi, 194 hərbi təyyarəsi, 155 helikopteri, 1 867 avtomobil texnikası, 10 gəmi/kateri, 303 dronu, 38 xüsusi avadanlığı, 87 qanadlı raketi məhv edilib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya tərəfinin təxminən 24 500-ə yaxın canlı qüvvəsini itirdiyini bəyan edib.

Oxşar xəbərlər