Putinin “qiyamət günü” təyyarəsi Moskva səmasında görüntüləndi - FOTO
4-05-2022, 12:48
1 622

Putinin “qiyamət günü” təyyarəsi Moskva səmasında görüntüləndi - FOTO

Vladimir Putinin “Qiyamət Təyyarəsi” kimi tanınan xüsusi təyyarəsi Moskva səmasında görüntülənib.
Bu barədə "Daily Mail" məlumat yayıb.
Mayın 9-da Qırmızı Meydanda keçiriləcək parad zamanı "İL-80 Maxdome" təyyarəsinin uçuşu gözlənilir.  Belə bir təyyarə sonuncu dəfə 2010-cu ildə paradda iştirak edib.
Ekspertlər hesab edirlər ki, Putin bu yolla Qərbə nüvə silahından istifadə etmək niyyətinin ciddiliyi barədə siqnal göndərir.
Qeyd edək ki, təyyarə mümkün nüvə partlayışının təsirini azaltmaq üçün gücləndirilmiş qanad və gövdə dizaynına malikdir. Bununla yanaşı "İL-80 Maxdome"un xüsusiyyəti - havada yanacaq doldurma qabiliyyətidir. 

Oxşar xəbərlər