Ermənistan MTX: "Aksiyaçılar parlamenti ələ keçirmək istəyirlər"
4-05-2022, 14:47
1 563

Ermənistan MTX: "Aksiyaçılar parlamenti ələ keçirmək istəyirlər"

Ermənistan Milli Təhlükəsizlik Xidməti parlament binasını ələ keçirmək cəhdi ilə bağlı gözlənilməz bəyanat yayıb.
"Armenian News" xəbər verir ki, bəyanatda deyilir:
“Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidmətinə mötəbər əməliyyat məlumatı daxil olub. Həmin məlumatlara əsasən, İrəvanda keçirilən mitinqin təşkilatçıları Ermənistan Respublikası Milli Məclisinin bu gün keçirilən növbəti sessiyası zamanı təxribat yolu ilə qanunsuz hərəkətlər törətmək və aksiya iştirakçılarını qanunsuzluğa sövq etmək niyyətindədirlər.
Beləliklə, onlar ölkənin daxili sabitliyini, ictimai asayişi və təhlükəsizliyi pozmaq məqsədi güdürlər.
MTX toplantının təşkilatçılarına və iştirakçılarına ciddi şəkildə xəbərdarlıq edir ki, qanunsuz hərəkətlərə yol verməkdən çəkinsinlər, əks halda, baş verənlərə görə bütün məsuliyyəti təşkilatçılar daşıyacaq.
Xidmət qanuna tabe olan bütün vətəndaşları təxribatlara uymamağa, qanunsuz addımlardan çəkinməyə, təxribatlara boyun əyməməyə çağırır, əks halda onlar bütün cinayət məsuliyyəti yükünü eyni dərəcədə bölüşəcəklər”.

Oxşar xəbərlər