İrəvanda etiraz : 40 nəfər saxlanıldı (YENİLƏNİB)
4-05-2022, 14:49
1 579

İrəvanda etiraz : 40 nəfər saxlanıldı (YENİLƏNİB)

Səhər tezdən İrəvanın müxtəlif yerlərində müxalifət nümayəndələri və onlara dəstək verən vətəndaşlar yolları bağlayıb, dinc itaətsizlik aksiyaları keçiriblər.
Bu barədə Ermənistan Polisinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, aksiyalar zamanı 40 nəfər saxlanılıb. 
Vətəndaşlar Ermənistan İnzibati Xətalar Məcəlləsinin 182-ci maddəsi (polis əməkdaşlarının qanuni tələbini yerinə yetirməmə) əsasında tutulublar. 
***10:52
İrəvanda müxalifət tərəfdarları səhər saatlarından etibarən Kiyev körpüsünü betondaşıyıcılarla bağlayıblar.
Erməni KİV xəbər verir ki, vətəndaşlar ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb etmək məqsədilə yenidən aksiya  keçiriblər. 
Əraziyə çox sayda hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. 
Bildirək ki, Ermənistan müxalifəti aprelin 25-dən Paşinyana qarşı aksiyalar təşkil edir.


Oxşar xəbərlər