Sinə əməliyyatı etdirən aktrisanın başına oyun açdılar
4-05-2022, 19:09
8 142

Sinə əməliyyatı etdirən aktrisanın başına oyun açdılar

Tanınmış aktrisanın sinə əməliyatında səsi batıb.
 
Türkiyə mediası xəbər verir ki, məşhur türk aktrisası Lila Gürmen estetik məqsədlə etdiyi sinə əməliyyatı zamanı səsini itirdiyini iddia edərək xəstəxanaya 50 min lirə təzminat iddiası qaldırıb.
 
Bir çox teatr, serial və filmlərdə rol alan aktrisa Lila Gürmen özəl xəstəxanada döş qəfəsi əməliyyatı keçirib.
 
İddialara görə, məşhur aktyor əməliyyat olunaraq özünə gələndə səsinin heç çıxmadığını anlayıb. Vəziyyəti həkiminə bildirən Lila Gürmenə bunun intubasiya ilə bağlı olduğu və 2-3 gün ərzində sağalacağı bildirilib.
 
Narahatlığı günü-gündən artan Lila Gürmen iki fərqli qulaq-burun-boğaz həkiminin yanına gedib. Hər iki həkim məşhur aktyora "intubasiyadan sonra zədə" diaqnozu qoyub və səsini yaxşılaşdırmaq üçün səs əməliyyatına ehtiyacı olduğunu bildiriblər. Lila Gürmen vəziyyəti əməliyyat olunduğu xəstəxananın həkimlərinə bildirib.
 
Xəstəxana rəhbərliyi məşhur aktyora əməliyyatı ödənişsiz edəcəklərini, lakin həkim pulunu ödəməyəcəklərini deyib. Lila Gürmen səs telindən əməliyyat olunub və həkimə 7 min 500 lirə ödəyib.
 
Xəstəxananın cərrahiyyə əməliyyatı üçün pul ödəməməsinin onun günahını qəbul etməsi mənasına gəldiyi izah edilən ərizədə belə qeyd olunub: "Artıq peşəsi ilə məşğul ola bilməməsi Lila Gürmeni mənəvi cəhətdən yormuş, gələcəklə bağlı kədər, narahatlıq və qorxu yaratmışdır. Faizlə birlikdə 50 min lirə təzminat istəyirik ki, müttəhim xəstəxananın günahı üzündən Lila Gürmenin əziyyətini yüngülləşdirsin”.
 

Oxşar xəbərlər