Uşaqlar arasında dəhşətli virus yayılıb: Bu ölkədə 3 uşaq öldü
4-05-2022, 15:11
7 163

Uşaqlar arasında dəhşətli virus yayılıb: Bu ölkədə 3 uşaq öldü

Son vaxtlar dünyada sürətlə yayılan və mənşəyi məlum olmayan hepatit virusu daha 3 uşağın ölümünə səbəb olub.

Xarici media xəbər verir ki, aprel ayında İndoneziyada üç uşaq sirli hepatitdən dünyasını dəyişib.

İndoneziya Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, aprel ayında ürəkbulanma, qusma, ishal, qızdırma və huşunu itirmə kimi simptomları olan uşaqlar paytaxt Cakartada xəstəxanaya yerləşdirilib. Mənşəyi məlum olmayan hepatit virusu (qaraciyərin iltihabı) aşkarlanan 3 uşaq xəstəxanada dünyasını dəyişib.

Bundan başqa, aprelin 25-də Sinqapurda xəstəxanaya yerləşdirilən 10 aylıq körpəyə hepatit diaqnozu qoyulub. Körpəyə 2021-ci ilin dekabrında da COVID-19 diaqnozu qoyulduğu qeyd edilib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada ən azı 4 uşaq hepatitdən dünyasını dəyişib. ÜST tədqiqatçısı Dr. Philippa Easterbrook aprelin 29-da keçirdiyi mətbuat konfransında bu günə qədər 16 ölkədə 1 aydan 16 yaşa qədər 170 uşaqda hepatit virusunun aşkar edildiyini bildirib.

Oxşar xəbərlər