Ukrayna Qarabağda ermənilərə od qoymuş silahlardan istəyir
4-05-2022, 15:23
7 199

Ukrayna Qarabağda ermənilərə od qoymuş silahlardan istəyir

“Rusiyanın XİN rəhbəri Sergey Lavrovun antisemitist bəyanatları ilə bağlı qalmaqaldan sonra İsrail, nəhayət, üçüncü ölkələr vasitəsilə Ukraynanı silahla təchiz etməyə başlaya bilər”.
“UNIAN” xəbər verir ki, bu sözləri Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Oleksiy Arestoviç rusiyalı hüquq müdafiəçisi Mark Feyqinə müsahibəsində danışıb.
Arestoviç qeyd edib ki, İsrailin, eləcə də NATO ilə ABŞ-ın Ukraynaya verə bilməyəcəyi silahları var.
“Biz bütün bunları Qarabağ müharibəsində gördük. Bundan Azərbaycan ordusu istifadə edib. Məsələn, Harop və ya Harpy kimi kamikadze dronları. Eləcə də, Spike və və s. Qarabağdan belə şəkilləri çox görmüşük”.
 

Oxşar xəbərlər