"Putinlə görüşsək, atəşkəs olacaq" - Zelenski
4-05-2022, 16:26
7 127

"Putinlə görüşsək, atəşkəs olacaq" - Zelenski

Rusiya prezidenti Vladimir Putin açıq şəkildə atəşkəs barədə öhdəlik götürməlidir.
Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski Wall Street Journal CEO Şurasının Sammitində iştirak edərkən deyib.
Prezident qeyd edib ki, o, Rusiya Federasiyasının hərbi əməliyyatları dayandırmaq istəyini hələ görmür: "Hər iki tərəf atəşkəs istəyəndə bunu edirlər. Biz Donbassda təmas xəttində Rusiya Federasiyası ilə bir neçə il bundan keçdik. Deyirlər ki, danışıqlar aparırıq, sonra (atəşkəs razılaşmalarını) pozurlar".
Zelenski hesab edir ki, atəşkəs yalnız Rusiya prezidenti Vladimir Putinlə görüşdükdən sonra əldə edilə bilər: "Prezident Putinlə görüşümüz olsa, o zaman atəşkəs olacaq. Və sonra, bəlkə, biz onunla şəxsən razılaşacağıq. O, şəxsən öz üzərinə atəşkəslə bağlı öhdəlik götürməlidir.
Ukrayna prezidenti əlavə edib ki, atəşkəs Rusiya qoşunlarının indi olduqları yerdə qala biləcəyi və hansısa dondurulmuş münaqişənin olacağı anlamına gəlmir: "Biz dondurulmuş münaqişə ilə razılaşmayacağıq". 

Oxşar xəbərlər