Ermənistanın müdafiə naziri Gürcüstanda səfərdədir
4-05-2022, 16:41
7 159

Ermənistanın müdafiə naziri Gürcüstanda səfərdədir

Ermənistanın müdafiə naziri Suren Papikyan mayın 4-də Gürcüstana rəsmi səfərə gedib.
"Sputnik Armenia” xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Papikyanın Tbilisidə gürcüstanlı həmkarı Cuanşer Burçuladze ilə görüşü planlaşdırılıb.

Qeyd edək ki, ötən gün Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da Gürcüstana işgüzar səfər edib.

Oxşar xəbərlər