Dövlət aparatı sərt reaksiya verəcək - Paşinyan etirazçılara
4-05-2022, 18:42
6 704

Dövlət aparatı sərt reaksiya verəcək - Paşinyan etirazçılara

Ermənistanın Baş naziri Nikol Paşinyan müxalifət qüvvələrinin onun istefası üçün tətbiq etdiyi taktikanı şərh edib.
“Sputnik Armenia” xəbər verir ki, o, müxalifəti 2018-ci ildə onun başçılıq etdiyi addımları təqlid etməkdə ittiham edib.
“2018-ci ildə onlar etirazçıların bel çantaları ilə addımlamasına gülürdü, amma indi şəhərdə bel çantaları 2 dəfə bahalaşıb. Müxalifət 2018-ci il inqilabına gülürdü, ancaq indi onu təkrarlayır”, - Paşinyan deyib.
Baş nazir zarafatla müxalifət qüvvələrinə sahibsiz itlərin də qoşulmalı olduğunu deyib.
“2018-ci ildə yürüşümüz zamanı bizə sahibsiz it qoşulmuşdu. İndi isə it hazırkı müxalifətçilərə qoşulmalı olacaq”, - Baş nazir vurğulayıb.
Paşinyan demokratiyanın dövlətin zəifliyi demək olmadığını qeyd edərək lazım olan məqamda dövlət aparatının sərt reaksiya verəcəyini diqqətə çatdırıb.
“İndi onlar etiraf etməlidirlər ki, ya onlar özləri dövlət çevrilişi istəyirlər, ya da biz demokratik yolla hakimiyyətə gəlmişik”, - Paşinyan əlavə edib.

Oxşar xəbərlər