Ukraynada rusiyalı qadın əsgər müharibədə öldü
5-05-2022, 11:50
1 668

Ukraynada rusiyalı qadın əsgər müharibədə öldü

Rusiya Ordusu fevralın 24-dən bəri Ukrayna ilə davam edən müharibədə bir qadın əsgərin həyatını itirdiyi açıqlayıb.  
Açıqlamada 27 yaşlı Valentina Qalatovanın Mariupoldakı qarşıdurmada öldüyü bildirilib.  
1994-cü ildə Sibirdə anadan olan və Ukrayna ilə sərhədə yaxın ərazidə yaşayan Qalatova fevral ayında müharibəyə qatılıb. 
Qeyd edək ki, Qalatovanın əri də ötən il Donetskdəki münaqişədə həyatını itirib. Rusiya ordusunda 41 min qadın əsgər xidmət edərkən, qadınların nadir hallarda cəbhədə xidmət etdiyi qeyd edilir.

Oxşar xəbərlər