İrəvanda etirazlarda 49 nəfər saxlanıldı
5-05-2022, 12:53
1 533

İrəvanda etirazlarda 49 nəfər saxlanıldı

Polis İrəvanın müxtəlif küçələrində itaətsizlik aksiyası keçirən vətəndaşları saxlamağa davam edir.
Erməni KİV-ləri xəbər verir  ki, Ermənistan Polisinin mətbuat xidməti məlumat yayıb. 
"İrəvanın müxtəlif yerlərindən 49 vətəndaş polis bölmələrinə gətirilib", -  deyə  məlumatda qeyd olunub. 
Qeyd edək ki, səhər saatlarından etibarən İrəvanda  “Müqavimət” hərəkatının iştirakçıları paytaxtın müxtəlif küçələrini bağlayaraq,  etiraz aksiyası  keçirirlər. 

Oxşar xəbərlər