Bill Qeyts İlon Maska xəbərdarlıq etdi
5-05-2022, 14:01
1 606

Bill Qeyts İlon Maska xəbərdarlıq etdi

Amerikalı milyarder Bill Qeyts Tesla və SpaceX-in baş direktoru İlon Maskın sosial media nəhəngi "Twitter"i alması ilə bağlı açıqlamalar verib.
O, bu  barədə "Wall Street Journal"a danışıb. 
Qeyts, Maskın Tesla və SpaceX təşəbbüsləri ilə uğurlu işlər gördüyünü və "ağılları uçuran" bir tarixə malik olduğunu bildirsə də, "Twitter" üçün işlərin o qədər də asan olmayacağını söyləyib.
 "Əslində vəziyyət daha da pisləşə bilər. Mən İlonun bu dəfə uğurlu olacağına şübhə edirəm". 
"Twitter"də dezinformasiya probleminə toxunan Qeyts milyarder dostu Maskın bunun qarşısını ala bilməyəcəyi barəsində xəbərdarlıq edib. 

Oxşar xəbərlər