İrəvanda mitinq zamanı 1 nəfər ölüb - 180 etirazçı saxlanıldı (YENİLƏNİB)
5-05-2022, 15:31
7 218

İrəvanda mitinq zamanı 1 nəfər ölüb - 180 etirazçı saxlanıldı (YENİLƏNİB)

İrəvanda etirazçılardan biri çadır şəhərciyində ürək tutmasından ölüb.
Bu barədə "Sputnik Ermənistan"ın məlumatında deyilir. 
"Naməlum vətəndaş təcili tibbi yardım maşını ilə Fransa meydanındakı çadırların birindən ürək tutması diaqnozu ilə xəstəxanaya aparılıb. Xəstəxanada səlahiyyətlilərin bütün səylərinə baxmayaraq o, ölüb", - məlumatda deyilir. 
Qeyd edək ki, aprelin 25-dən Ermənistanda müxalifət etiraz aksiyaları keçirir. 
Polis ümumilikdə paytaxt İrəvanda keçirilən aksiyalarda 180 nəfəri saxlayıb.
xxx
12:25
Polis İrəvanın müxtəlif küçələrində itaətsizlik aksiyası keçirən vətəndaşları saxlamağa davam edir.
Erməni  KİV-ləri xəbər verir  ki, Ermənistan Polisinin mətbuat xidməti məlumat yayıb. 
"İrəvanın müxtəlif yerlərindən 49 vətəndaş polis bölmələrinə gətirilib", -  deyə  məlumatda qeyd olunub. 
Qeyd edək ki, səhər saatlarından etibarən İrəvanda  “Müqavimət” hərəkatının iştirakçıları paytaxtın müxtəlif küçələrini bağlayaraq,  etiraz aksiyası  keçirirlər. 

Oxşar xəbərlər