Türkiyədə 19 yaşlı qız küçədə başından GÜLLƏLƏNDİ
5-05-2022, 16:31
7 125

Türkiyədə 19 yaşlı qız küçədə başından GÜLLƏLƏNDİ

İstanbulun Esen adlanan ərazisində 19 yaşlı qız  küçədə başından güllələnib.  
Hadisə anı məhəllə sakinləri tərəfindən cib telefonu ilə lentə alınıb. Belə ki, Asiye rəfiqəsi ilə birlikdə olarkən sevgilisi küçədə onların qarşısını kəsib. Bu zaman qızın rəfiqəsi cütlüyü tək qoyub.  Bir müddət  söhbət etdikdən sonra  oğlan Asiyenin başına silahla atəş açıb.  Qız hadisə  yerindəcə  keçinib.  Oğlan isə  ərazidən uzaqlaşıb. 
Cinayət yerinə polis qrupları sövq edilib. Çox keçməyib ki, qətli törədən 25 yaşlı Ümit K. adlı şəxs saxlanılıb. Onun hansı səbəbdən cinayəti  törətdiyi məlum deyil.
Faktla bağlı araşdırmalar aparılır.  

Oxşar xəbərlər