Meksikada daha bir jurnalist öldürüldü
6-05-2022, 10:28
1 459

Meksikada daha bir jurnalist öldürüldü

Jurnalistika baxımından dünyanın ən təhlükəli ölkələrindən biri sayılan Meksikada daha bir jurnalist qətlə yetirilib.
Xarici KİV xəbər verir  ki,  yerli qəzetdə köşə yazarı işləyən Luis Enrike Ramizerin cəsədi Sinaloa əyalətinin Kuliakan şəhərində tapılıb.
Meksikadakı Sərhədsiz Reportyorlar (RSF) Ramirezin cansız cəsədinin plastikə bükülmüş vəziyyətdə tapıldığına diqqət çəkərək, "Sübutlar hadisənin qətiliklə qətl olduğunu göstərir" ifadəsini işlədib. 
Hökumət sözçüsü Xesus Ramirez də sosial media hesabında hadisəyə aydınlıq gətirmək üçün yerli hakimiyyət orqanları ilə çalışdıqlarını və bunun cəzasız qalmayacağını paylaşıb.
Bununla da ilin əvvəlindən ölkədə öldürülən jurnalistlərin sayı 9-a yüksəlib. Sərhədsiz Reportyorlar Təşkilatının (RSF) məlumatına görə, 2000-ci ildən bəri Meksikada 152 jurnalist öldürülüb.

Oxşar xəbərlər