Özbəkistan sərhədçiləri 3 Qırğızıstan vətəndaşını güllələdi
6-05-2022, 11:47
1 867

Özbəkistan sərhədçiləri 3 Qırğızıstan vətəndaşını güllələdi

Özbək hərbçiləri Qırğızıstanla sərhəddə 3 Qırğızıstan vətəndaşını güllələyiblər. 
Bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik Sərhəd Xidməti məlumat yayıb.
"Cəlal-Abad rayonunun dövlət sərhədinin Qırğızıstan-Özbəkistan hissəsində Özbəkistan Respublikasının sərhədçiləri Qırğızıstan Respublikasının üç vətəndaşına qarşı silahdan istifadə ediblər. Nəticədə üç Qırğızıstan vətəndaşı yaralanaraq Ala-Bukinsk vilayətindəki xəstəxanaya çatdırılıb, onlar güllə yaralarından ölüblər", - məlumatda deyilir. 
Hadisə ilə bağlı əməkdaşlıq edən qurumlar da məlumatlandırılıb, istintaq işlərinə başlanılıb.

Oxşar xəbərlər