Almaniyada iki qrup arasında dəhşətli atışma: YARALANANLAR VAR
6-05-2022, 12:09
1 849

Almaniyada iki qrup arasında dəhşətli atışma: YARALANANLAR VAR

Almaniyada təxminən 100 nəfərlik iki qrup arasında gündüz saatlarında atışma olub. Duisburg şəhərində döyüş meydanına çevrilən həmin anlar mobil telefon kameraları ilə lentə alınıb.

Daha əvvəl düşmən olduğu bildirilən iki tərəfdən təxminən 100 nəfər arasında baş verən küçə qarşıdurmasında 4 nəfər ağır yaralanıb. Ötən gün saat 21.00 radələrində baş verən hadisədə iki qrup üzvlərinin planlı şəkildə şəhər meydanında bir araya gəldiyini bildirən polis mənbələri qarşıdurma nəticəsində böyük çaxnaşma yaşandığını açıqlayıb. Hadisə ilə bağlı məlumat verən Duisburq polis rəisi Alexander Dierselhuis bildirib ki, ayaqlarından güllə yarası alan 4 nəfər xəstəxanaya aparılıb.

Oxşar xəbərlər