ABŞ-da bu vaksinin istifadəsi ləğv olundu -Tromboz yaradırmış
6-05-2022, 15:18
7 184

ABŞ-da bu vaksinin istifadəsi ləğv olundu -Tromboz yaradırmış

ABŞ-da bir sıra yan təsirə görə "Johnson&Johnson" tərəfindən hazırlanan COVID-19 peyvəndinin istifadəsini məhdudlaşdırılması qərarına gəlinib.
 CNN xəbər verir ki, FDA-ya görə, dərmanı istifadə edərkən qan laxtalanma sindromunun inkişaf riski artır.
Həkimlər "Johnson&Johnson" peyvəndinin istifadəsindən sonra tromboz hallarını müəyyənləşdiriblər. Bundan sonra peyvəndin məhdudlaşdırılması barədə qərar qəbul edilib. Qərardan sonra 18 yaşdan yuxarı amerikalılara ABŞ tərəfindən təsdiqlənən digər peyvəndlərdən vurulacaq. 

Qeyd edək ki, "Johnson&Johnson" şirkətinin peyvəndi 2021-ci ilin fevral ayından istifadə edilir, bundan əlavə, ABŞ-da Moderna və Pfizer peyvəndlərindən istifadə olunur.

Qeyd edək ki, "Johnson&Johnson" digər vaksinlərdən yalnız bir doza tələb etməsi ilə fərqlənir.
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinə görə, bu günə qədər təxminən 18,7 milyon amerikalı "Johnson & Johnson" peyvəndi olunub.

Oxşar xəbərlər