Lukaşenko "LXR"i tanımağa hazırlaşır - KİV
6-05-2022, 21:22
7 888

Lukaşenko "LXR"i tanımağa hazırlaşır - KİV

Belarus Prezidenti Aleksandr Lukaşenko öz nümayəndə heyətini Rusiyanın nəzarətində olan Donbas rayonlarına göndərməyə hazırlaşır.
Bu barədə Ukrayna xüsusi xidmət orqanlarındakı mənbələrə istinadən “Kanal 24” məlumat yayıb.
İddiaya əsasən “səfər” zamanı belaruslu nümayəndələr qondarma Luqansk Xalq Respublikasının tanınması haqqında saziş imzalayacaq və Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibəni dəstəkləməyə rəsmi dəstək verəcəklər.
Qeyd olunur ki, Lukaşenkonun özü orada olmayacaq.

Oxşar xəbərlər