Ukrayna Prezidenti Baltikyanı ölkələrin XİN başçılarını qəbul edib
6-05-2022, 17:34
7 148

Ukrayna Prezidenti Baltikyanı ölkələrin XİN başçılarını qəbul edib

Ukrayna Prezidenti Volodimir Zelenski mayın 6-da Kiyevdə Estoniyanın xarici işlər naziri Evoy-Mariya Liymets, Latviyanın xarici işlər naziri Edqar Rinkeviç və Litvanın xarici işlər naziri Qabrielüs Landsberqislə görüşüb.
Məlumatı Ukrayna Prezident Ofisinin rəsmi saytı yayıb.

İnformasiyaya əsasən, Volodimir Zelenski Baltikyanı ölkələrə Ukraynaya verdikləri güclü dəstəyə görə təşəkkürünü bildirib: "Siz Ukraynanın silahla olduğu kimi diplomatik fəaliyyətinizlə də dəstəklədiniz. Estoniya, Latviya və Litva Avropa İttifaqında olduğu kimi dünyada da bizim ən yaxşı vəkilimizdir”.

Oxşar xəbərlər