Yaponiya qapılarını turistlərin üzünə açmaq istəyir
7-05-2022, 02:45
7 538

Yaponiya qapılarını turistlərin üzünə açmaq istəyir

Yaponiya hökuməti pandemiyaya görə 2020-ci ilin sonunda tətbiq edilən xarici turistlərə vizaların verilməsinə dair de-fakto qadağasını bu ilin iyun ayına qədər ləğv etməyi planlaşdırır.
"Kyodo" agentliyi xəbər verir ki, hazırda bu məsələ üzərində iş aparılır. Xarici turistlərin ilk məhdud qrupları may ayından etibarən ölkəyə buraxıla bilər.
28 dekabr 2020-ci il tarixində Yaponiya koronavirus ştammlarının yayılması ilə əlaqədar dünyanın bütün əyalətləri və regionlarının vətəndaşlarına yeni vizaların verilməsinə faktiki qadağa qoyub. Hazırda Yaponiyaya yalnız yaponiyalılar, uzunmüddətli vizalarla ölkədə daimi yaşayan əcnəbilər və diplomatlar daxil ola bilər.
Həmçinin, ailə səbəbləri kimi müstəsna hallarda Yaponiyada yaşayan əcnəbilərin qohumlarına ölkəyə giriş icazəsi verilə bilər. Eyni zamanda, giriş məhdudiyyəti var - gündə 10 mindən çox insan.

Oxşar xəbərlər