Xersonda zirzəmilərdə olan 500 nəfərə işgəncə verilir
6-05-2022, 18:44
6 952

Xersonda zirzəmilərdə olan 500 nəfərə işgəncə verilir

Xerson vilayətinin işğal olunmuş hissəsində indi zirzəmilərdə işğalçılar tərəfindən işgəncələrə məruz qalan beş yüzə yaxın insan var.
Ukrayna mətbuatı xəbər verir ki, bunu brifinqdə Ukrayna prezidentinin Krım Muxtar Respublikasındakı daimi nümayəndəsi Tamila Taşeva deyib:
"Bizdə olan məlumata görə, 500-ə yaxın insan işgəncə verildiyi zirzəmilərdədir. Bu, həm Xersonda, həm də Krımla inzibati sərhəddədir. Evə gəlirlər, aparırlar, oğurlayırlar".

Oxşar xəbərlər