İranda avtobus aşıb, ölənlər var
7-05-2022, 10:39
9 763

İranda avtobus aşıb, ölənlər var

İranda avtobusun dərəyə aşması insan tələfatına səbəb olub

Xuzestan əyalətinin İzə bölgəsində turistləri daşıyan avtobus dərəyə aşıb.
Hadisə nəticəsində 2 nəfər ölüb, 19 nəfər yaralanıb. Avtobusun dərəyə aşması nəticəsində sərnişinlərdən bir neçə nəfər nəqliyyat vasitəsinin altında qalıb. Onların xilasetməsi çətinliklə həyata keçirilib. Yaralıların bir neçəsinin vəziyyəti ağırdır./apa

Oxşar xəbərlər