Poltava raketlə vuruldu
7-05-2022, 13:04
26 922

Poltava raketlə vuruldu

Rusiya Poltava vilayətinin Karlovka şəhərinə raket hücumu həyata keçirib: raket infrastruktur obyektinə dəyib.

Bu barədə Poltava Vilayət Hərbi Administrasiyasının sədri Dmitri Lunin öz Telegram kanalında məlumat verib.

"Rusiya Karlovkaya raketlər atdı - infrastruktur obyektinə zərbə dəydi. Dağıntılar və qurbanlar barədə məlumatları dəqiqləşdiririk", - Lunin bildirib.

Poltava meri də atışma ilə bağlı məlumatı təsdiqləyib.

"Bugünkü həyəcan siqnalı zamanı səhər tezdən Poltava vilayətinin Karlovkasına raket düşüb. Raket infrastruktur obyektinə düşüb. Mütəxəssislər atəş yerində işləyir", - Aleksandr Mamay bildirib./milli

Oxşar xəbərlər