Belarus xüsusi təyinatlılarını Ukrayna ilə sərhədə yerləşdirdi
10-05-2022, 17:53
7 035

Belarus xüsusi təyinatlılarını Ukrayna ilə sərhədə yerləşdirdi

Belarus Ukraynanın yaratdığı 20 min nəfərdən ibarət qruplaşmaya cavab olaraq, sərhədə xüsusi əməliyyat qüvvələri yerləşdirib.
Bu barədə Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Viktor Quleviç məlumat verib.
Qeyd olunub ki, qoşunlar üç taktiki istiqamətdə yerləşdirilib: "Üç taktiki istiqamətdə yerləşdirilən xüsusi əməliyyat qüvvələri Belarusun təhlükəsizliyini təmin edir".

Oxşar xəbərlər