Yeni Zelandiya Konaşenkovaya sanksiya tətbiq etdi
11-05-2022, 11:28
1 975

Yeni Zelandiya Konaşenkovaya sanksiya tətbiq etdi

Yeni Zelandiya hökuməti Ukraynaya təcavüzünə görə Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirlər tətbiq edib.
Bu barədə məlumat Yeni Zelandiya Xarici İşlər və Ticarət Nazirliyinin saytında dərc olunub.
Yeni Zelandiyanın xarici işlər naziri Nanaia Mahutanın sözlərinə görə, yeni sanksiyalar dezinformasiya yayanlara və Ukraynaya kiberhücumlara görə məsuliyyət daşıyanlara təsir edib.
Ümumilikdə səkkiz fiziki və hüquqi şəxs, o cümlədən Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov və İnternet trol fabriki olan İnternet Araşdırmaları Agentliyinin nümayəndəsi məhdudlaşdırıcı tədbirlərə məruz qalıb.
"Yeni Zelandiya hökuməti Rusiyanın Ukraynaya qarşı əsassız və qanunsuz hücumunu yekdilliklə pisləməkdə davam edir", - Mahuta bildirib.

Oxşar xəbərlər