Keçmiş səhiyyə nazirindən şikayət - COVID-dan ölümə görə
11-05-2022, 12:44
2 275

Keçmiş səhiyyə nazirindən şikayət - COVID-dan ölümə görə

İranın keçmiş səhiyyə naziri Səid Nəməkiyə qarşı cinayət işi açılıb.
"Həmşəhri" xəbər verir ki, Böyük Tehran Tibb Sisteminin İdarə Heyətinin sədri və qaraciyər və mədə-bağırsaq xəstəlikləri üzrə mütəxəssis Moayəd Ələvian, reanimasiya mütəxəssisi və Şəhid Beheşti Tibb Elmləri Universitetinin professoru Məhəmməd Rza Haşimianla birlikdə nazirdən şikayət edilib.
Cavabdehlər, o cümlədən sabiq nazir Nəməki COVID-19 xəstəliyi olan xəstələrin müalicəsində düzgün olmayan üsullardan istifadə edilməsi, yanlış qərarlar nəticəsində xeyli sayda xəstənin ölümü, maraqların toqquşması və vaksin idxalının gecikdirilməsi də daxil olmaqla, bir sıra cinayətlərdə ittiham olunurlar.
9 ay əvvəl verilən iddia ərizəsinin müəllifləri arasında 2 həkim var.
Etibarlı mənbənin məlumatına görə, Səid Nəməki və bəzi digər cavabdehləri anlaşılmazlıqlara və suallara cavab vermək üçün prokurorluğa dəvət edilib.

Oxşar xəbərlər