İnterpol rəhbərinə cinayət işi açıldı
12-05-2022, 03:56
8 318

İnterpol rəhbərinə cinayət işi açıldı

Paris Tribunalının hakimləri İnterpolun prezidenti, Birləşmiş Ərəb Əmirliklərindən olan general-mayor Əhməd Nasir əl-Rəisiyə qarşı istintaqa başlayıb.
AP xəbər verir ki, əl-Rəisi İnterpolun prezidenti seçilməzdən əvvəl BƏƏ-də saxlanılan 2 Britaniya vətəndaşı Metyu Hedc və Əli İsa Əhməd onun əleyhinə ifadə veriblər. Onların şikayəti əsasında Paris Tribunalının Prokurorluğunda cinayət işi qaldırıb.
Əl-Rəisi ötən ilin noyabrda dörd illik müddətə İnterpolun prezidenti seçilib. İnsan haqları qrupları onu BƏƏ-də işgəncələrdə və əsassız həbslərdə iştirakda ittiham edir.
BƏƏ bu ittihamları rədd edib.

Oxşar xəbərlər