Çində 113 sərnişini daşıyan təyyarə yandı - Yaralılar var
12-05-2022, 10:17
2 900

Çində 113 sərnişini daşıyan təyyarə yandı - Yaralılar var

Tibet Hava Yollarına məxsus sərnişin təyyarəsi Çinin cənub-qərbindəki Çonqinq şəhərindəki Jiangbei Beynəlxalq Hava Limanında havaya qalxarkən uçuş-enmə zolağında alovlanıb.
Bu barədə "Sinxua" agentliyi xəbər verir.
Bildirilib ki, 113 sərnişin və 9 ekipaj üzvünün olduğu təyyarədə 40 nəfər yaralanıb.  
Ölənlər barədə məlumat verilmir, qəzanın səbəbi hələ müəyyən edilməyib.
Çin Mərkəzi Televiziyası yanğının artıq söndürüldüyünü, hadisənin baş verdiyi uçuş-enmə zolağının bağlandığını, təyyarələrin oradan havaya qalxmadığını və üzərinə eniş etmədiyini bildirir. Sözügedən limandan həyata keçirilən uçuşlar qismən Sıçuan əyalətinin Çendu şəhərindəki Şuangliu Beynəlxalq Hava Limanına köçürülüb. 
Qeyd edək ki, bu, cari il Çində baş verən ikinci böyük aviasiya qəzasıdır. 

Oxşar xəbərlər