"Siemens" Rusiyada fəaliyyətini dayandırır
12-05-2022, 11:16
8 101

"Siemens" Rusiyada fəaliyyətini dayandırır

Almaniyanın "Siemens" şirkəti Ukraynada başladılan müharibə ilə əlaqədar Rusiya bazarını tərk etmək qərarına gəlib. 
Şirkət öz saytında bununla bağlı məlumat verib. 
Qeyd edilir ki, şirkət artıq Rusiyada istehsal fəaliyyətinin dayandırılması proseduruna başlayıb: "Biz Ukraynadakı müharibəni pisləyən beynəlxalq ictimaiyyətə qoşuluruq və xalqımızı dəstəkləməyə və humanitar yardım göstərməyə sadiqik".

Oxşar xəbərlər