ABŞ-ın birinci xanımı Putinə müraciət etdi
12-05-2022, 11:39
8 046

ABŞ-ın birinci xanımı Putinə müraciət etdi

ABŞ-ın birinci xanımı Cill Bayden Ukraynaya qarşı genişmiqyaslı hücumu ilə bağlı Rusiya prezidenti Vladimir Putinə müraciət edib.
Onun müraciəti CNN-də yayımlanıb.
Cill müsahibəsində Slovakiya və Rumıniyada, eləcə də Ujqorodda ukraynalı qaçqınlarla ünsiyyətdə olan təəssüratlarını bölüşüb.
"Döyüş bölgəsini tərk etmək mümkün deyil. Kədəri gözlərinlə görmək lazım deyil, çünki onu ürəyinlə hiss edirsən. Kədər üzünü pərdə kimi örtən bir şeydir", - Birləşmiş Ştatların birinci xanımı deyib.
ABŞ-ın birinci xanımının sözlərinə görə, Yelena Zelenska ilə görüş zamanı ondan Putinin qəddar aqressiyasından əziyyət çəkən ukraynalılara psixoloji yardım göstərməsinə köməklik göstərməsini xahiş edib.
"O, mənə qadınların və uşaqların zorlanmasından, insanların güllələndiyini və öldürüldüyünü, evlərinin yandırıldığını görən çoxlu uşaqdan danışdı. Cənab Putin, lütfən, bu mənasız və qəddar müharibəni dayandırın". 
Qeyd edək ki, mayın 8-də ABŞ-ın birinci xanımı Cill Bayden Ukraynaya səfər edib. Ujqorodda o , miqrantların yerləşdiyi məktəbə baş çəkib, Ukraynanın birinci xanımı Yelena Zelenska ilə görüşüb.

Oxşar xəbərlər