"Putin uduzduğunu qəbul etməlidir"
12-05-2022, 15:04
7 282

"Putin uduzduğunu qəbul etməlidir"

"Rusiya prezidenti Vladimir Putin itirdiyini qəbul etməlidir". 
Bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles "NBC News"a müsahibəsində deyib. 
“O (Putin - red.) sonda uduzduğu faktı ilə barışmalıdır. Nəzərə alaq ki, Rusiya indi işğaldan əvvəlkindən daha az güclü ölkədir”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, Rusiya silahlı qüvvələri tükənib və Moskva ordusunun təhlükəsizliyini təmin etməkdə çətinliklərlə üzləşəcək, xüsusən ona görə ki, sanksiyalar Rusiyanın əksər hərbi texnikası üçün lazım olan Qərb texnologiyasını idxal etməyə imkan vermir.
Uolles son olaraq Kremlin böyük hücumdan danışdığı Donbassda Rusiya qüvvələri koordinasiya olunmamış quru qoşunları ilə birlikdə ağır, çox vaxt qeyri-dəqiq bombardmanlardan istifadə edərək köhnəlmiş taktikalara arxalanmağa davam edir.

Oxşar xəbərlər