Pakistanda partlayış olub, 1 nəfər ölüb, 9 nəfər yaralanıb
13-05-2022, 11:20
1 131

Pakistanda partlayış olub, 1 nəfər ölüb, 9 nəfər yaralanıb

Pakistanın cənubundakı Kəraçi şəhərində partlayış baş verib.
TASS verdiyi xəbərə görə, nəticədə azı bir nəfər ölüb, 9 nəfər yaralanıb.
Hadisə cümə axşamı axşam saatlarında şəhərin mərkəzi hissəsində baş verib. Naməlum şəxs motosikletə bərkidilmiş kustar üsulla hazırlanma partlayıcını işə salıb. İki zərərçəkənin vəziyyəti ağır qiymətləndirilir.
Heç bir qruplaşma baş verənlərə görə məsuliyyəti öz üzərinə götürməyib.

Oxşar xəbərlər