Polşada üzərində Zelenskinin portreti olan poçt markası buraxılıb
13-05-2022, 11:51
1 293

Polşada üzərində Zelenskinin portreti olan poçt markası buraxılıb

Polşa poçtu üzərində Ukrayna Prezidenti Volodimir Zelenskinin portreti olan poçt markası buraxıb. Bu barədə markanın müəllifi, Krakov Şurasının üzvü Lukaş Vantuxa məlumat verib.
Markada Ukrayna dövlət başçısının üzü sari rəngdə və mavi fonda olmaqla ölkənin dövlət bayrağının rənglərində təsvir edilib, həmçinin Ukrayna və polyak dillərində “Ukraynaya eşq olsun!” şüarı yazılıb.
Bildirildiyinə görə, doqquz markadan ibarət dəst 4500 Polşa zlotısı (təxminən 1019 dollar) dəyərində olacaq. Onların satışından əldə olunan gəlir Ukraynanın dəstəklənməsinə yönəldiləcək.

Oxşar xəbərlər