Tramp Ukrayna üçün 40 milyard dollar yardıma etiraz etdi
13-05-2022, 11:58
1 458

Tramp Ukrayna üçün 40 milyard dollar yardıma etiraz etdi

"Niyə biz Ukraynaya 40 milyard dollardan çox vəsait ayırırıq?".

Xarici KİV xəbər verir ki, bu sözləri ABŞ-ın eks Prezidenti Donald Tramp deyib.

O, açıqlamasında Ukraynaya ediləcək 40 milyard dollarlıq yardıma qarşı çıxdığını açıq şəkildə göstərib.
"Niyə biz Ukraynaya 40 milyard dollardan çox vəsait ayırırıq Avropa isə nisbətən az yardım göndərir?  Avropanın və başqa ölkələrin Ukrayna üçün ədalətli pay ayırmasını təmin edin",-deyə Tramp deyib.

Oxşar xəbərlər