Paşinyanın təyyarəsi iki aydır yoxa çıxıb
13-05-2022, 14:18
1 384

Paşinyanın təyyarəsi iki aydır yoxa çıxıb

Ermənistanın baş nazirinə xidmət edən hökumət təyyarəsi iki ay əvvəl "yoxa çıxıb".
Təyyarənin harada olması ilə bağlı məlumat yoxdur. Ermənistan hökuməti və Mülki Aviasiya Komitəsi müvafiq informasiyanı açıqlamaqdan imtina edirlər.
"Biz hələ mart ayında informasiya əldə etdik ki, təyyarəni başqa yerə köçürüblər. Nikol Paşinyanın Moskvaya sonuncu səfərindən sonra Mülki Aviasiya Komitəsinin sədrinin köməkçisi Lilit Aqabekyan təyyarənin texniki baxışda olduğunu açıqlamışdı. Paşinyanın ofisindən şərh almaq mümkün olmur, telefon zənglərinə cavab verilmir", - deyə yerli KİV-in məlumatında qeyd olunub./Oxu.az

Oxşar xəbərlər