Dünya
13-05-2022, 14:47
1 467
3 uşaq anasına itlər hücum etdi, qolları kəsildi - FOTOLAR
ABŞ-ın Cənubi Kalorina ştatında martın 21-də 3 uşaq anası, 38 yaşlı Kayli Uoltman sevgilisinin evindən qayıdarkən iki pitbul və bir alman çoban itinin hücumuna məruz qalıb.
Sonxeber.az xarici mətbuata istinadən xəbər verir ki, itlərin hücumu nəticəsində qadının baş dərisi qopub, kəllə sümüyü üzə çıxıb.
Onun göz qapaqlarını dişləyən itlər yoğun bağırsaqlarını da zədələyiblər.
Uoltman hücum zamanı huşunu itirib.
Qadını fermer Averi Presli havaya atəş açaraq və itlərdən birinə təpik vuraraq xilas edə bilib. Onun başının ön hissəsinə 109, arxasına isə ən azı 90 tikiş qoyulub. Waltman həmçinin səs tellərini itirib və indi suni səs telleri olan cihazdan istifadə edərək danışmağa çalışır.
Xəsarət alan qadının bacısı, həmçinin, bildirib ki, onun təzyigi 86-a düşüb, digər orqanları da cürüməyə başlayıb. O, üç dəfə ölümdən qayıdıb.
Həkimlər Kaylinin çiynindən və ayağından dəri götürüb bərpa etməyə çalışsalar da, əməliyyat uğursuz alınıb.
Bir çox əməliyyatlar keçirən qadın üçün ailəsi internetdə xeyriyyə kampaniyası başladıb və 260 000 dollar toplanılıb.
Həkimlər yaralının hər iki qolunu amputasiya etmək məcburiyyətində qaldıqları üçün çiyin sümüklərini çıxarılıb və ona protez qol taxmaq mümkün olmayacaq.
Hücumdan sonra itlər evtanaziya edilib və onların sahibi 36 yaşlı Castin Minor bir çox ittihamlarla üzləşib.
İtlərin hücumuna məruz qalan qızın ailəsi məhkəmədə Minorun da cəza çəkməsini tələb edib.
Minor isə etiraz edib və həmin itlərin məhz hücum etmək üçün yetişdirildiyini bildirib.
Ailə qadının bir daha normal həyata geri dönməyəcəyini deyərək hakimdən ən ağır cəza verilməsini istəyib.