20 şagird məktəbdə zəhərləndi
14-05-2022, 13:28
16 469

20 şagird məktəbdə zəhərləndi

Türkiyənin Manisa şəhərində məktəbdə nahardan sonra 20 şagird baş ağrısı və ürək bulanmasından şikayət edib.
Xarici mətbuat xəbər verir ki, qida zəhərlənməsi şübhəsi ilə tələbələrə ilkin tibbi yardım göstərilib.
Daha sonra təcili tibbi yardım vasitəsi ilə xəstəxanaya aparılan şagirdlərdən 10 nəfəri evə buraxılıb, digər 10 şagirdin də vəziyyəti yaxşı olduğu bildirilir.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Oxşar xəbərlər