Belarus batalyonunun komandiri ruslar tərəfindən ÖLDÜRÜLDÜ
16-05-2022, 19:41
7 753

Belarus batalyonunun komandiri ruslar tərəfindən ÖLDÜRÜLDÜ

Belarusun Kastus Kalinovski batalyonunun rotasının komandiri Pavlo Volat Ukraynadakı müharibədə həlak olub.
Bu barədə batalyonun "Telegram" kanalınmda məlumat verilib.
"Bu gün batalyonumuz böyük itki verib. Ukrayna kəndlərinin Rusiya işğalından azad edilməsi əməliyyatı zamanı rota komandiri, taborumuzun hərbi qulluqçusu Pavlo Volat ölümcül yaralanıb. Onu ağır vəziyyətdə xəstəxanaya çatdırsalar da,  onu xilas etmək  mümkün olmayıb", - deyə məlumatda bildirilib. 
Qeyd edək ki,  bu, 2022-ci ilin fevralından Ukraynada rus işğalçılarına qarşı döyüşərək həlak olan altıncı belarusdur.
Xatırladaq ki, daha əvvəl Kastus Kalinovski adına Belarus batalyonu Ukrayna Silahlı Qüvvələrin tərkibinə daxil olub və Rusiyaya qarşı döyüşmək üçün and içib. 

Oxşar xəbərlər