Türkiyə ordusunda yenilik - Pilotsuz helikopterlər
17-05-2022, 01:42
7 461

Türkiyə ordusunda yenilik - Pilotsuz helikopterlər

Türkiyə ordusu bir il ərzində kəşfiyyat, döyüş patrulları, silah və təchizatların çatdırılması üçün istifadə olunacaq ilk 4 pilotsuz helikopteri alacaq.
“Milliyet” xəbər verir ki, süni intellektə malik ilk belə helikopter yaxın günlərdə ordu tərəfindən terrorla mübarizədə istifadə edilməyə başlayacaq.
Belə platformalara xüsusilə Suriyanın Türkiyə ilə həmsərhəd bölgələrində tələbat olacaq, burada tez-tez kürd yaraqlılarına qarşı əməliyyatlar aparılır.
Pilotsuz helikopterin tərtibatçılarının fikrincə, onun adi PUA-lardan üstün cəhətlərindən biri buludların altında uçmaq qabiliyyətidir ki, bu da onu istənilən hava şəraitində istifadə etməyə imkan verir.
Helikopteri yaradan TITRA şirkətinin nümayəndələrinə istinadən yazır ki, pilotsuz təyyarə hərbi tapşırıqların həlli ilə yanaşı, meşə yanğınlarının söndürülməsində, kənd təsərrüfatında, mülki obyektlərin mühafizəsində istifadə oluna bilər.
Şirkət, həmçinin bildirib ki, pilotsuz təyyarənin alınması ilə bağlı müraciətlər xaricdən, əsasən də neft hasil edən ölkələrdən gəlir.
Pilotsuz helikopterin çəkisi 250 kq, faydalı yükü də eynidir. O, 8 saat havada qala bilir və 6,5 km hündürlükdə uça bilir.

Oxşar xəbərlər