“Azovstal“da daha 694 nəfər ukraynalı təslim oldu
18-05-2022, 14:17
2 302

“Azovstal“da daha 694 nəfər ukraynalı təslim oldu

“Azovstal” zavodunun ərazisində blokadaya alınmış ukraynalı hərbçilər təslim olmaqda davam edir.
"RIA Novosti" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.
Onun sözlərinə görə, "Azov" bölməsinin yaraqlıları və "Azovstal" zavodunda blokadaya alınmış ukraynalı hərbçilərnin sayı 694 nəfərdir, onlardan 29-u yaralanıb.
İ. Konaşenkov vurğulayıb ki, ümumən 959 nəfər təslim olub.

Oxşar xəbərlər