Aİ-dən Ukraynaya 9 milyard avro DƏSTƏK
18-05-2022, 21:39
7 134

Aİ-dən Ukraynaya 9 milyard avro DƏSTƏK

Avropa İttifaqı Ukraynaya 9 milyard avro əlavə maliyyə dəstəyi verməyə hazırlaşır.
Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen Brüsseldə keçirdiyi mətbuat konfransında Ukraynaya yeni dəstək verəcəklərini bildirib.
"Ukrayna cəbhədə Avropa dəyərlərini müdafiə edir" deyən von der Leyen Ukraynanı dəstəkləməyə davam edəcəklərini əlavə edib.
Von der Leyen, Ukraynanın qısa müddətdə ehtiyac duyduğu maliyyəyə çıxışını təmin etmək istədiklərini ifadə edərək, "Ukrayna üçün 2022-ci ildə 9 milyard avroya qədər yeni makro-maliyyə yardımı təklif edirik", - ifadəsini işlədib. 

Oxşar xəbərlər