Köçəryanın oğlu deputatlarla birgə İrəvanda körpünü bağladılar - VİDEO
19-05-2022, 12:30
1 052

Köçəryanın oğlu deputatlarla birgə İrəvanda körpünü bağladılar - VİDEO

“Müqavimət" hərəkatının itaətsizlik yürüşlərindən biri Qələbə körpüsünə çatıb. Hazırda körpüyə gedən yol etirazçılar tərəfindən bağlanılıb.
Erməni KİV xəbər verir ki, etirazçılar arasında Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan, “Hayastan” fraksiyasının deputatları Aram Vardevanyan və Aqnesa Xamoyan da var. 
Onlar polisə müqavimət göstərərək, Nikol Paşinyanın istefasını tələb ediblər. Bununla yanaşı “Müqavimət” hərəkatı nümayəndələri saat 19:00-da İrəvanın mərkəzi hissələrində mitinq keçirəcəyini bildirib. 
Bildirək ki, Levon Köçəryan ötən gün etirazlar zamanı saxlanılmışdı. 



Oxşar xəbərlər