Qriqoryan yenə statusdan dəm vurdu
19-05-2022, 14:58
1 198

Qriqoryan yenə statusdan dəm vurdu

""Artsax" ermənilərinin təhlükəsizliyi və hüquqlarının müdafiəsi erməni tərəfi üçün prioritet məsələdir və Ermənistan bu gündəmlə danışıqlar aparır".
“Armenpress” xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan hökumətin iclasından sonra jurnalistlərlə keçirdiyi brifinqdə bildirib.
O qeyd edib: “Təhlükəsizlik və hüquqların müdafiəsi prioritet məsələdir, yəni "Artsax"da yaşayan soydaşlarımız təhlükəsizlik təminatlarına və hüquqların müdafiəsinə malik olmalıdırlar. "Artsax"ın statusu da bundan qaynaqlanmalıdır. Bu gündəmlə biz danışıqlara gedirik”.

Oxşar xəbərlər