Rusiyanın borcu bloklanacaq - ABŞ Maliyyə Nazirliyi
19-05-2022, 17:15
6 618

Rusiyanın borcu bloklanacaq - ABŞ Maliyyə Nazirliyi

ABŞ Maliyyə Nazirliyi gələn həftədən etibarən Rusiyanın xarici borcunu bloklayacağını bildirib.
CNN xəbər verir ki, bunu maliyyə naziri Canet Yellen açıqlayıb.
Qərar mayın 25-dən qüvvəyə minəcək.
C. Yellen deyib ki, bu, ABŞ hökumətinin Ukraynaya müdaxiləsi ilə bağlı Rusiyaya qarşı son sanksiyası olmayacaq və bu cür hərəkətlər davam etdiriləcək.
Moskva 315 milyard dollarlıq aktivə malik olduğunu bildirib. Rusiya Maliyyə Nazirliyi bu il ödəniləcək 565 milyon dollarlıq xarici istiqrazı ödənişi  üçün kifayət qədər maliyyə ehtiyatına malik olduğunu açıqlayıb. Rusiya həmçinin 2024-cü ilə qədər 84 milyon dollar xarici istiqrazı qaytara bilər.
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, Rusiya yalnız ABŞ dolları ilə ödəməli olduğu xarici istiqrazlarını ödəyə bilməyib.

Oxşar xəbərlər