Səfir İrəvanda yol qəzasına düşdü
20-05-2022, 11:51
1 400

Səfir İrəvanda yol qəzasına düşdü

İtaliyanın Ermənistandakı səfiri Alfonso Di Rizo yol qəzasına düşüb.
Bu barədə “Sputnik Armenia” İtaliya səfirliyinə istinadən məlumat yayıb.
Hadisə İrəvanda Beyrut və Qriqor Lusavoriç küçələrinin kəsişməsində baş verib. “Mercedes” və səfirin içərisində olduğu “Audi” markalı avtomobillər toqquşub.
Ermənistan Polisinin mətbuat xidmətindən yol qəzasında xəsarət alan şəxsin kimliyi barədə məlumat verilməyib. Sadəcə olaraq qeyd olunub ki, “Audi”nin 57 yaşlı sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Oxşar xəbərlər