İsveç XİN: PKK ilə bağlı mövqeyimiz dəyişməyib
20-05-2022, 23:40
8 990

İsveç XİN: PKK ilə bağlı mövqeyimiz dəyişməyib

İsveçin PKK ilə bağlı mövqeyi dəyişməyib.

Bu barədə İsveçin xarici işlər naziri Ann Linde "Twitter"də bildirib.
 
"İsveç və PKK haqqında geniş yayılmış dezinformasiya ilə bağlı xatırlatmaq istərdik ki, İsveçin Olaf Palme hökuməti Türkiyədən sonra ilk dövlət idi ki, PKK-nı terror təşkilatı siyahısına saldı və bu, 1984-cü ildə baş verdi. 2002-ci ildə Anna Lindh İsveçin xarici işlər naziri olanda Aİ də eyni addımı atdı. Bu mövqe dəyişməz olaraq qalır”, - XİN rəhbəri qeyd edib.

Oxşar xəbərlər