Erməni nazir Qarabağa qanunsuz səfər etdi
20-05-2022, 14:49
1 163

Erməni nazir Qarabağa qanunsuz səfər etdi

Ermənistanın əmək və sosial məsələlər naziri Narek Mkrtçyan Azərbaycanın Rusiya sülhməralılarının müvəqqəti nəzarətində olan Qarabağ bölgəsinə qanunsuz səfər edib.
Ermənistan KİV xəbər verir ki, Narek Mkrtçyan Xankəndidə Qarabağ separatçılarının başçısı Arayik Arutyunyanla görüşüb.
Görüşdə sosial təminat sahəsində əməkdaşlıqla bağlı məsələlərin müzakirə olunduğu bildirilib. 

Oxşar xəbərlər