Rusiya qocaları döyüşə göndərməyə hazırlaşır
20-05-2022, 16:28
6 982

Rusiya qocaları döyüşə göndərməyə hazırlaşır

Rusiya Dövlət Duması 40 yaşından yuxarı vətəndaşlar və 30 yaşdan yuxarı əcnəbilərin orduya cəlb olunmasını qadağan edən qanunu ləğv etməyə hazırlaşır.
Bu barədə məlumat Dövlət Dumasının rəsmi saytında yerləşdirilib.  
"Yüksək dəqiqlikli silahlardan istifadə üçün yüksək peşəkar ekspertlərə ehtiyac var. Təcrübə göstərir ki, bu cür insanlar daha çox 40-45 yaş aralığında olur", - məlumatda deyilir.
Rusiyada orduya cəlb olunma ilə bağlı qanunun ləğvi Ukrayna müharibəsindəki uğursuzluqla əlaqələndirilir. Ehtimal olunur ki, qanunun ləğvindən sonra 40 yaşdan yuxarı şəxslər də döyüşlərə cəlb olunacaq. 
Xatırladaq ki, fevralın 24-dən bu günədək Rusiya ordusu Ukraynada 29 minə yaxın hərbçisini itirib./Modern.az 

Oxşar xəbərlər